• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsmayıllıda bıçaqlanmış kişi öldü

CƏMİYYƏT

11 Sentyabr 2023 | 09:19

İsmayıllıda bıçaqlanmış kişi öldü

İsmayıllı rayonunnda bıçaqlanmış kişi ölüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR