• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İspaniya Ukraynaya maliyyə yardımı ayıracaq

DÜNYA

01 Iyul 2023 | 17:12

İspaniya Ukraynaya maliyyə yardımı ayıracaq

İspaniya kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, məktəblərin ekoloji cəhətdən təmiz enerji sistemləri ilə təmin edilməsi üçün Ukraynaya 55 milyon avro ayıracaq.

Bakıvaxtı.az Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Ali Radasında çıxışında deyib.

İspaniya hökumət başçısının sözlərinə görə, 51 milyon avro Dünya Bankı vasitəsilə Ukraynadakı kiçik və orta sahibkarları dəstəkləmək üçün veriləcək, eyni zamanda Ukraynadakı məktəblərin təmiz və dayanıqlı enerji sistemləri ilə təmin olunması üçün BMT İnkişafı Proqramı vasitəsilə bu sahəyə 4 milyon avro ayırılacaq.

Baş nazir Pedro Sançez vurğulayıb ki, Ukraynanın bərpası zaman və müxtəlif sahələrə daha çox investisiya qoyulmasını tələb edəcək.

"İspaniya hökuməti Ukrayna infrastrukturunun və istehsal sənayesinin uyğunlaşdırılması və modernləşdirilməsi üçün zəruri maliyyələşdirilməni dəstəkləyəcək", - İspaniyanın Baş naziri bildirib.

Xatırladaq ki, Baş nazir Sançez bu gün səhər Kiyevə səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026