• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İsrail aviasiyası Dəməşqə zərbə endirib

DÜNYA

30 Mart 2023 | 14:40

İsrail aviasiyası Dəməşqə zərbə endirib

İsrail qüvvələri Dəməşq ətrafındakı bəzi nöqtələrə raketlərlə hücum edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu barədə Suriya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, raket zərbələri yerli vaxtla saat 01:20 radələrində endirilib.

Hava hücumundan müdafiə sistemlərinin raketlərin bir qisminin vurulduğu qeyd olunan açıqlamada hücum nəticəsində 2 rejim əsgərinin yaralandığı, maddi ziyanın olduğu bildirilib. İsraildən hava hücumu ilə bağlı heç bir açıqlama verilməyib.

Suriya Müdafiə Nazirliyinin ötən həftə verdiyi açıqlamada İsrailin Hələb hava limanı və ətrafına həyata keçirdiyi hava hücumunda maddi ziyanın olduğu bildirilmişdi.

Ay Tac


SON XƏBƏRLƏR