Xəstəxanada baş verən güclü partlayış Qəzzadan uğursuz raket atılması nəticəsində baş verib və buna görə “İslami-Cihad” təşkilatı məsuliyyət daşıyıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki, “İslami-Cihad” Qəzzada xəstəxanaya düşən uğursuz raket atışına görə məsuliyyət daşıyır", - deyə bildirilib.
Qeyd edək ki, İsrail ordusunun Qəzzada Əhli-Ərəb Xəstəxanasını vurması və nəticədə 600-dən çox insanın ölməsi barədə məlumat yayılmışdı.














jpg-1700151678.webp)

