İsrail universitetlərində tədris ehtiyatda olan əsgərlərin çağırışı başa çatana qədər təxirə salacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Universitet Rektorları Komitəsi məlumat yayıb.
Universitetlərdə dərslərin dekabrın 3-dən tez başlamayacağı bildirilir.
Qeyd edək ki, oktyabrın 15-də başlamalı olan payız semestri noyabrın 5-nə təxirə salınmışdı.
Komitə bildirib ki, 360 000-ə yaxın İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusu çağırışa qoşulub ki, onların arasında minlərlə tələbə və universitet işçiləri var. Bütün universitet tələbələrinin təxminən 30%-i hazırda xidmət edənlər arasındadır.
















