• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Erməni və azərbaycanlılar qəzaya düşdü

DÜNYA

23 Noyabr 2023 | 13:07 | Müəllif: Subhan Mahmudov

Erməni və azərbaycanlılar qəzaya düşdü

Krasnodarın mərkəzində “Volksvagen”lə toqquşduqdan sonra VAZ-2110 markalı avtomobil binaya çırpılıb, eyni avtomobildə olan Ermənistan vətəndaşı və iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, noyabrın 22-də axşam saatlarında “Volksvagen” markalı avtomobili idarə edən 46 yaşlı qadın Krasnodarın mərkəzində qeyri-qanuni dönmə icra edib, nəticədə VAZ-2110 markalı avtomobillə toqquşub. Rayon Dövlət Avtonəzarət Müfəttişliyinin məlumatına görə, toqquşmadan sonra VAZ Dzerjinski küçəsindəki binalardan birinin qarşısına çırpılıb.

Avtomobilin sürücüsü və iki sərnişin - 20 yaşlı Ermənistan vətəndaşı və iki 19 yaşlı Azərbaycan vətəndaşı müayinə olunmaq üçün tibb müəssisəsinə aparılıb.

Qəza ilə bağlı inzibati araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026