• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

İsrailin növbəti hədəfi bu ölkə olacaq - Netanyahu açıqladı

DÜNYA

13 Dekabr 2024 | 19:10

İsrailin növbəti hədəfi bu ölkə olacaq - Netanyahu açıqladı

Suriyaya hücuma başlayan Netanyahu növbəti hədəfin İran olduğunu açıqlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 51 ildən sonra Suriyanı işğal etməyə başlayan İranın İsrailin yeni hədəfi olacağı müzakirə olunarkən Netanyahu yaydığı video mesajla təhlükəli planını açıqlayıb.

Netanyahu İran oxunun İsrailin başlatdığı "zəncirvari reaksiya" səbəbindən dağıldığını bildirib.

Sözügedən videoda Netanyahu İranın "azad ola biləcəyinə" və "qlobal miqyasda sülh yarada biləcəyinə" ümid etdiyini bildirib:

"Sizin zalımlarınız Qəzzada HƏMAS-ı dəstəkləmək üçün milyardlar xərcləyiblər. Bu gün onların rejimi xarabadadır. Sizin zalımlarınız Livandadır" . Onun sözlərinə görə,  İran "toz halına gəlməmişdən əvvəl Suriyadakı Əsəd rejimini dəstəkləmək üçün 30 milyard dollardan çox pul xərcləyib. 

Qeyd edək ki, noyabrın 27-də çərşənbə günü Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar 61 illik Baas rejimini 12 gün ərzində heç bir münaqişəyə girmədən devirdilər./Milli.az


SON XƏBƏRLƏR

15 Yanvar 2025