Türkiyənin İstanbul şəhərində səhərdən başlayan leysan yağışları daşqına səbəb olub.
Bakıvaxtı.az "Habel Global"a istinadla xəbər verir ki, leysan nəticəsində İstanbulun yollarını, küçələrini su basıb. Nəqliyyatın hərəkətində problemlər yaranıb.
Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) təbii fəlakətlə bağlı sakinlərə xəbərdarlıq edib.
Xəbərdarlıqda İstanbulda güclü yağışın davam edəcəyinin gözlənildiyi qeyd olunur: "Sel, şimşək, dolu, burulğan kimi hadisələrə qarşı tədbirli olmaq lazımdır”, - deyə xəbərdarlıqda vurğulanır.
Məlumata görə, İstanulla yanaşı, ölkənin daha 17 vilayətinə leysan və daşqın xəbərdarlığı edilib.
Aytac Aslan












jpg-1663145620.webp)






