İstanbulda leysan yağışları nəticəsində iki nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul vilayətinin qubernatoru Davud Gül deyib.
Onun sözlərinə görə, hHər kvadratmetrə təxminən 125 kq yağıntı düşüb.
"Başakşehir rayonunda 1 nəfər, Küçükçekmece rayonunda da 1 nəfər ölüb", - deyə D.Gül qeyd edib.
***
00:50
İstanbulda daşqınlar nəticəsində bir nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Başakşehir rayonunda sel suları altında qalan bir nəfər ölüb. Güclü yağış paytaxtda bir neçə küçəni su basıb.
Sel suları səbəbindən bir qrup sakin yerli kitabxanada qalıblar. Onlar təxliyyə edilərək rayon icra hakimiyyətinin binasına aparılıb.
Yerli hakimiyyət İstanbul sakinlərini evlərdə qlmağa çağırıb.
***
23:58
İstanbulun bəzi rayonlarına yağan şiddətli leysan bir sıra problemlər yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, şəhərin şimal hissəsində başlayan yağıntı Arnavutköy və Başakşehirdə də intensivliyini artırıb.
Yağan yağışlar səbəbindən yollarda gölməçələrin əmələ gəlməsi nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Arnavutköydə bir çox ev və obyektləri su basması müraciətlərindən sonra bölgəyə çoxlu sayda xilasedici göndərilib.
Qeyd edək ki, İstanbul Valiliyi şəhərdə güclü tufanın olacağı barədə xəbərdarlıq etmişdi.
















