• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İstehlaka yararsız 18,6 ton ət və süd məhsulları məhv edildi

HADİSƏ

09 Fevral 2022 | 15:02

İstehlaka yararsız 18,6 ton ət və süd məhsulları məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 18,6 ton ət və süd məhsulları məhv edilib.

AQTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, “Qurman Plyus” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitən 18657.36 kq müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR