• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İsveçdə mədənçilər təxliyə edilib - İT nasazlığına görə

DÜNYA

19 Iyul 2024 | 17:36 | Müəllif: Gülşən Şərif

İsveçdə mədənçilər təxliyə edilib - İT nasazlığına görə

İsveçin Malmberget şəhərindəki mədəndə çalışan işçilər qlobal İT nasazlığına görə evakuasiya edilib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, ümumilikdə 200-ə yaxın insanın təxliyyə edilib.

Qeyd edək ki, bugün "Windows 10" əməliyyat sistemi ilə işləyən cihazlarda qlobal nasazlıq baş verib. Nəticədə böyük hava limanlarının, bankların, dəmiryol vağzallarının, televiziya kanallarının və xilasetmə xidmətlərinin işi iflic olub. Kütləvi texniki nasazlıqlar ABŞ, Avstraliya, Türkiyə, Almaniya və İspaniyada qeydə alınıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026