• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İt dişləyən məktəblidən XƏBƏR VAR - FOTO

CƏMİYYƏT

02 Aprel 2024 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

İt dişləyən məktəblidən XƏBƏR VAR - FOTO

Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb.

Bu barədə Bakıvaxtı.az-a KTM-dən bildirilib.

Məlumata görə, bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub.

KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR