• Bakı 18° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Kadırovun oğlu öz adına idman kompleksi açdı

DÜNYA

07 Oktyabr 2025 | 20:32

Kadırovun oğlu öz adına idman kompleksi açdı

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov öz adını daşıyan idman kompleksi açıb.

Bakıvaxtı.az xəbər verir ki, kompleksin açılış mərasiminə dair video Nadtereçnı rayonu administrasiyasının rəhbəri Xamzat Xasanovun Telegram kanalında yayımlanıb.

Kadrlarda idman kompleksinin yeni zalları əks olunub.

Xasanov deyib ki, idman kompleksi ən müasir avadanlıqlarla təchiz olunub:
“Planlaşdırılır ki, bu kompleks təkcə yeni nəsil çempionların hazırlanması üçün mərkəz deyil, həm də rayonun bütün gəncləri üçün fiziki inkişaf və asudə vaxtın keçirilməsi üçün əsas məkan olacaq”,- deyə o, əlavə edib.

İdman kompleksi “Dustum” adını daşıyır. Bu söz Adam Kadırovun çağırış işarəsidir. Ramzan Kadırovun sözlərinə görə, gəncliyində ona da bu çağırış adı verilib. “Dustum” tərcümədə “dostlar” mənasını verir.


SON XƏBƏRLƏR