• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Kalidu Kulibali Səudiyyə Ərəbistanda oynayacaq

İDMAN

24 Iyun 2023 | 17:25

Kalidu Kulibali Səudiyyə Ərəbistanda oynayacaq

İngiltərənin "Çelsi" klubunun futbolçusu Kalidu Kulibali karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bakıvaxtı.az "Taggat" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi "Əl-Hilal" klubunda tibbi müayinədən keçib.

Qeyd edək ki, seneqallı oyunçu 2022-ci ildə İtaliya "Napoli"sindən London təmsilçisinə transfer olunub.

O, ötən mövsüm "zadəganlar"ın heyətində 32 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl "Çelsi"nin digər üzvlərindən Hakim Ziyeş “Əl-Nəsr”ə, Eduard Mendi "Əl-Əhli"yə, N Qolo Kante isə “Əl-İttihad"a keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR