• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Neftçi”dən yeni transfer

İDMAN

23 Iyul 2023 | 15:10

“Neftçi”dən yeni transfer

"Neftçi" daha bir transferini rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanılıb. 29 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisinin heyətində 4 nömrəli formanı geyinəcək.

Mark Tamaş Macarıstanın "Videoton" (2012-2013), "Puşkaş Akademiya" (2013-2015), "Dioşqyör" (2015-2020), Polşanın "Şlask" (2020-2022) və Rumıniyanın "Sepsi" (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il "Sepsi"nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl Azərbaycan millisinin üzvləri - qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026