• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Şahmatçımız finala çıxa bilmədi

İDMAN

20 Avqust 2023 | 20:52

Şahmatçımız finala çıxa bilmədi

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda finala çıxa bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı qrossmeyster yarımfinalda beşqat dünya çempionu, norveçli Maqnus Karlsenə iki oyunun cəmində məğlub olub.

İlk görüşdə rəqibinə uduzan Abasova cavab duelində mütləq qələbə lazım idi. Lakin o, ağ fiqurlarla heç-heçə edib. Ümumi nəticədə 0,5:1,5 hesabı ilə uduzan şahmatçımız avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR