• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

UEFA - nın qaydalarını pozduqlarına görə cəzalana bilərlər

İDMAN

19 Sentyabr 2023 | 12:58

UEFA - nın qaydalarını pozduqlarına görə cəzalana bilərlər

UEFA İngiltərənin "Nyukasl" klubunu cəzalandıra bilər.

Bakıvaxtı.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin Avropa futbol qurumunun qaydalarını pozması səbəb olub.

Komanda Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Milan"a qarşı keçirəcəyi oyun üçün İtaliyaya 2 saat 20 dəqiqə gec gedib.

Nəticədə baş məşqçi Eddi Haunun saat 12:00-dan 20:00-dək gerçəkləşməli olan mətbuat konfransı yubanıb. Mütəxəssis əlverişsiz hava şəraitinə görə Milana gec çatdıqlarını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da oynanılacaq "Milan" - "Nyukasl" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR