• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Mariya Stadnik mübarizəyə başlayır

İDMAN

19 Sentyabr 2023 | 09:49

Mariya Stadnik mübarizəyə başlayır

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq.

2 qat dünya, 9 qat Avropa çempionu olan Mariya Stadnik (50 kq) təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.

Jalə Əliyeva (57) 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, Birgül Soltanova (65) isə 1/8 finalda türkiyəli Kadriye Aksoyla qarşılaşacaq.

57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada macarıstanlı Tamara Dollakla güləşəcək.

Bu gün həmçinin Maqomedxan Maqomedov (97) finalda Bəhreyn idmançısı Axmed Tajudinovla üz-üzə gələcək.

Xatırladaq ki, buna qədər Azərbaycan güləşçilərindən Osman Nurmaqomedov gümüş medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR