• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kanadanın baş naziri Zelenskidən üzr istədi

DÜNYA

27 Sentyabr 2023 | 23:12 | Müəllif: Subhan Mahmudov

Kanadanın baş naziri Zelenskidən üzr istədi

Kanadanın baş naziri Castin Trüdo SS Qalisiya diviziyasında xidmət etmiş ukraynalı nasist Yaroslav Hunkanın ölkə parlamentində anılmasını faşizm qurbanlarının xatirəsinə qarşı dəhşətli qəzəb adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Trüdo SS adamını alqışladığına görə peşman olduğunu bildirib. O, Kanada hakimiyyətinin bu yolla milyonlarla insanın, o cümlədən nasistlərdən əziyyət çəkənləri təhqir etdiklərini vurğulayıb.

"Bu, Kanada Parlamentini və Kanadanı təhlükəyə atan səhv idi" - deyə baş nazir üzr istəyib.

Müxalifətin təzyiqi altında olan Trüdo etiraf edib ki, parlamentdə nasisti şərəfləndirdiyinə görə diplomatik kanallar vasitəsilə Zelenskidən üzr istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026