• Bakı 10° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Karantin müddəti uzadıldı: Sərtləşməyə gedilir?

CƏMİYYƏT

24 Avqust 2022 | 17:14 | Müəllif: Qalib İbrahimoğlu

Karantin müddəti uzadıldı: Sərtləşməyə gedilir?

Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi noyabrın 1-ə qədər uzadılıb. Əksəriyyət karantin rejimi uzadıldığı üçün yeni məhdudiyyətlərin tədbiq olunacağını düşünür.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, maskanın istifadə olunması artıq xeyli müddət öncə Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunub. M.əliyevin sözlərinə görə, qapalı məkanlarda, ictimai nəqliyyatda yoluxma riski çox olduğundan, həmin yerlərdə maskadan fərdi şəkildə istifadə etmək lazımdır: "Lakin biz şahidi oluruq ki, heç kəs maskadan istifadə etmir. Qapalı yerlərdə nadir hallarda görürük ki, kimsə maska taxır".

İnfeksionistə görə, əgər yoluxma sayında artım olarsa, yəqin ki, maskanın taxılması məcburi olacaq: "Çünki maska bizi koronavirusdan qoruyan əsas vasitədir. Digər vasitə isə peyvənddir”.

Müsahibimiz qeyd edib ki, karantin rejiminin sərtləşdirilməsi və məhdudiyyətlərin artması o qədər də gözlənilən deyil: “Çünki xəstəlik əvvəlki dalğalarda olduğu kimi olmayacaq. Kollektiv immunitetin formalaşması ilə bağlı səhiyyə sistemində xəstəxanaların yüklənməsi kimi hallar gözlənilmir".

M,Əliyev hesab edir ki, məhdudiyyətlərin olmasında dövlət maraqlı deyil: "Məcbur olduqda karantin qaydalarının sərtləşdirilməsinə gedilir, məcbur olmadıqda isə gedilmir. Buna görə də, düşünürəm ki, sərtləşdirilmələrə gedilməsi gözlənilmir”.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə Bakıvaxtı.az-a bildirilib ki, bu barədə məlumat yoxdur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR