• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kasıbları təhqir edən Bağırov öldü

CƏMİYYƏT

07 Iyul 2022 | 00:25 | Müəllif: Subhan Mahmudov

Kasıbları təhqir edən Bağırov öldü

Bir neçə ay öncə bahalı maşınla magistralda şütüyən, insanları təhqir edən Samid Bağırov dünyasını dəyişib.

Bakıvaxtı.az Proses.az-a istinadən xəbər verir ki, Samid Bağırovun ürək tutmasından vəfat etdiyi bildirilir.

Onu da bildirək ki, Samidin bu il 8 ildən sonra ilk övladı dünyaya gəlib.

Yada salaq ki, bir neçə ay öncə sürətlə avtomobil idarə edən Samid Bağırov ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”, - deyə video çəkib paylaşmışdı.

Görüntülərdə onun təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünürdü.

Həmin video yayıldıqdan sonra Samid Bağırov polis tərəfindən saxlanmış, polis idarəsində profilaktiki söhbət aparıldıqdan və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdı.

O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026