Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 15000 manat dəyərində optik internet kabeli və 2 ədəd barabanın oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunublar. Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır