• Bakı 14° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Keçmiş nazir qəzaya düşdü

DÜNYA

09 Oktyabr 2023 | 13:45

Keçmiş nazir qəzaya düşdü

Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili Ukraynda qəzaya düşüb.

Bakıvaxtı.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib. Məlumata görə, sabiq nazirin olduğu “Audi” markalı avtomobil Lvov-Çop magistralında hərəkət edərkən qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.

Sabiq nazir qəza nəticəsində sol qolunda sınıq, baş-beyin silkələnməsi və döş qəfəsinin əzilməsi diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı avtomobilin sürücüsünün isə hadisə yerində həlak olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026