• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Keçmiş prezident ev dustaqlığına BURAXILDI

DÜNYA

17 Aprel 2024 | 08:58

Keçmiş prezident ev dustaqlığına BURAXILDI

Myanmarın həbsdə olan keçmiş prezidenti Aung San Suu Kyi həbsxanadan ev dustaqlığına buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Myanmardakı hərbi xuntanın sözçüsü bildirib.

    78 yaşlı Nobel mükafatı laureatı olmuş keçmiş prezident rüşvətdən tutmuş ölkənin telekommunikasiya qanunvericiliyinin pozulmasına qədər müxtəlif cinayətlərə görə 27 il həbs cəzası gözləyir.

    O, bütün ittihamları rədd edir. O, 2021-ci ilin fevralında ölkədə çevrilişindən sonra hərbi xunta tərəfindən saxlanılıb.

    Myanmardakı hərbi xunta rejimi ölkənin ənənəvi Yeni il bayramı münasibətilə müntəzəm amnistiyaya əsasən 3300-dən çox məhbusun əfv olunduğunu da elan edib.

    Bildirilib ki, qətl, terror və narkotik ittihamı da daxil olmaqla ciddi cinayətlərə görə məhkum olunanlar istisna olmaqla, digər məhkumların da həbs müddəti azaldılacaq.


    SON XƏBƏRLƏR

    29 Aprel 2024