• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kəlbəcər əvvəlki əzəmətini geri qaytarır... - VİDEO

CƏMİYYƏT

18 Avqust 2023 | 15:52 | Müəllif: Subhan Mahmudov

Kəlbəcər əvvəlki əzəmətini geri qaytarır... - VİDEO

İşğaldan azad olunun digər rayonlarımız kimi Kəlbəcər də əvvəlki əzəmətini geri qaytarır. Şəhərdə müasir infrastrukturun qurulması birbaşa ölkə rəhbərinin diqqət mərkəzindədir.

Bakıvaxtı.az bildirir ki, millət vəkili Aqil Məmmədov deyir ki, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə prezidentin ehtiyat fondundan 80 milyon manat vəsaitin ayrılması, dövlət başçısı İlham Əliyevin işğal dövründə yerlə yeksan edilən ərazilərdə quruculuq işlərinə böyük  önəm verdiyini göstərir.

Millət vəkili qeyd edib ki, Ölkə rəhbərinin Kəlbəcərə bir neçə dəfə səfər etməsi, görülən işlərlə yerində maraqlanması böyük əhəmiyyət daşıyır.

Aqil Məmmədovun sözlərinə görə, yeni sərəncam həm də kəlbəcərli sakinlərin öz doğma yurdlarına qayıdışını bir qədər də tezləşdirəcək.

Millət vəkili əlavə edib ki, Kəlbəcərdə turizm sahəsində də yeni layihələrin icrası həyata keçiriləcək./xezertv

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026