• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kəlbəcərdə yol qəzası: Hərbçimiz yaralandı

HADİSƏ

01 Fevral 2023 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Kəlbəcərdə yol qəzası: Hərbçimiz yaralandı

Kəlbəcərdə avtomobil aşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, fevralın 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva" markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbçinin olduğu avtomobildə hərbçi və digər sərnişin  - F.Hüseynova bədən xəsarəti alsa da sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb"

Faktla bağlı araşdırmalar davam etdirilir.


Kəlbəcərdə yol qəzası: Hərbçimiz yaralandıKəlbəcərdə yol qəzası: Hərbçimiz yaralandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026