• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məktəbdə şagirdlər arasında bıçaqlanma oldu

HADİSƏ

02 Mart 2023 | 14:18

Məktəbdə şagirdlər arasında bıçaqlanma oldu

Bakıda 83 nömrəli məktəb-liseydə şagirdlər arasında dava düşüb.

Bakıvaxtı.az xəbər verir ki, X sinif şagirdləri sanitar qovşaqda dalaşıblar və biri digərin bıçaqlayıb. 

Məktəbdən  bildirilib ki, təhsil ocağında iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər:

“Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunublar. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov  sorğusuna cavab olaraq bildirib ki, hadisə həmin məktəbin 10-cu sinif şagirdləri arasında tənəffüs zamanı baş verib:

“Faktla bağlı toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Şagirdlərdən biri digərinə kəsici alətlə xəsarət yetirib. Şagirdin xəsarətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir”. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR