• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanlı qadın məmur nə qədər pul mənimsəyib? - YENİLƏNİB

HADİSƏ

01 Aprel 2023 | 12:21

Azərbaycanlı qadın məmur nə qədər pul mənimsəyib? - YENİLƏNİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova bildirib ki, MMC Gülnarə Xəlilovanın mənimsəmə faktı ilə bağlı 14.04.2022-ci il tarixində Baş Prokurorluğa müraciət edib:

“Onun mənimsəmə etməsi bizim tərəfimizdən aşkarlanıb. Məsələ barədə Baş Prokurorluğa müraciət edilib. Mənimsənilən 16 559 AZN və 4 500 ABŞ dollarıdır”. /Oxu.az

 

09:27

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.

Bakıvaxtı.az xəbər verir ki, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb. Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova 5 ay ərzində xəzinədən 24.150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026