• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kelloqq: Ukraynada münaqişə tezliklə bitəcək

SİYASƏT

26 Fevral 2025 | 11:30 | Müəllif: Gülşən Şərif

Kelloqq: Ukraynada münaqişə tezliklə bitəcək

"Donald Trampın müharibəni yaxın gələcəkdə bitirəcəyinə tam inanıram".

Bakıvaxtı.az "Fox News" kanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O, keçmiş administrasiyanı münaqişənin bütün tərəfləri ilə danışmaq istəmədiyinə görə tənqid edib.

"4 ildir ki, keçmiş ABŞ prezidenti Co Bayden Kim Çen Inla danışmır. Həmçinin iki il yarımdan çoxdur ki, prezident Putinlə danışmır. Prezident Tramp başa düşür ki, sövdələşmələrdə iştirak edən hər kəslə danışmalıdır. Mən ABŞ prezidenti Donald Trampın bu münaqişə ilə bağlı niyyətinə çox müsbət baxıram və müharibənin yaxın gələcəkdə bitəcəyinə tam inanıram", - deyə Keyt Kelloq əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026