• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

“Kəpəz” ev oyunlarını bu stadionda keçirəcək

İDMAN

13 Oktyabr 2023 | 15:38

“Kəpəz” ev oyunlarını bu stadionda keçirəcək

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.

Tərəflərin razılığı ilə Azər Məmmədovun yetirmələri ev matçlarını bu arenada keçirəcəklər. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Azərbaycan Premyer Liqası

10-cu tur

21 oktyabr

15:00. “Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu

Əvəzedicilər Liqası

10-cu tur

19 oktyabr

14:00. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026