• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"u məğlub etdi

İDMAN

11 Noyabr 2023 | 21:25

Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"u məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə penaltidən Fərid Nəbiyev, iki dəqiqə sonra Bruno Qonçalves vurub. Qonaqlarda 8, 26 və 42-ci dəqiqələrdə Davit Volkov fərqlənməklə het-trik müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah" 7-ci pilləyə yüksəlib. Tovuz klubu 8-ci sıraya enib.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" səfərdə "Neftçi"yə qalib gəlin - 2:1. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR