Müğənni Kərim Abbasov həmkarları Səidə Sultan və Natavan Həbibinin barışığından danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda "Səhər mərkəzi" proqramında danışan ifaçı özünün də Natavanla aralarındakı soyuqluğa son qoyduqlarını deyib:
"Elə insanlar var ki, arasında söz-söhbət olsa da, ayrı qala bilməzlər. Onlar Natavan Həbibi, Samir Cavadzadə, Səidə Sultan, Elnur Məmmədov və Kərim Abbasovdur. He vaxt bir-birimizin ayağını vermərik. Mənim də Natavanla münasibətim korlanmışdı. Mümkün deyildi, Səidə ilə Natavan üz-üzə gəlsin və barışmasınlar. Səidə ilə o qədər aramızda mübahisə olur ki... Amma ən pis halda belə düşünürəm ki, Səidə səni ölümdən qurtaran adam olub. Necə küsə bilərsiniz?".
















