• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Kolonna Kulebba ilə görüşdü - YENİLƏNİB

DÜNYA

27 Sentyabr 2022 | 16:20

Kolonna Kulebba ilə görüşdü - YENİLƏNİB

Fransanın xarici işlər naziri Katerin Kolonna ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri "Twitter"də bildirib.


“Ukrayna xarici işlər nazir Dmitri Kuleba ilə görüşümdə Ukraynaya Fransanın humanitar hərbi iqtisadi və diplomatik dəstəyini bir daha bəyan etdim. Fransa Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək və Rusiya tərəfindən təşkil olunan saxta referendumları heç vaxt tanımayacaq”, - o qeyd edib.

***

Kiyevə səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna Ukrayna Prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşlərdə Ukraynaya yardım yükü daşıyan gəminin göndərilməsini müzakirə edəcək.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfər zamanı nazir ukraynalı həmkarı Kuleba və Prezident Zelenski ilə görüşəcək. O, Fransanın Ukraynaya dəstəyi gücləndirmək və xüsusilə Marseldən 1000 ton yardım daşıyan gəminin göndərilməsi barədə qarşı tərəfə məlumat verəcək”, - bildirilib.

Qeyd edək ki, Fransa XİN başçısı bu gün Kiyevə elan olunmamış səfər edib. O, bu barədə "Twitter" hesabında Kiyevdən foto paylaşaraq bildirib.

Fransa XİN isə "Twitter" hesabında qeyd edib ki, XİN rəhbəri ilə yanaşı, Fransa Milli Jandarmasının müstəntiqləri də Ukraynaya gəlib və xanım Kolonna onları Ukrayna Baş prokuroru Andrey Kostinə təqdim edib.

Müstəntiqlərin sentyabrın 28-də İzyum bölgəsinə yerləşdiriləcəyi qeyd olunub.

“Fransa cəzasızlıqla mübarizədə Ukraynanın yanındadır”, - XİN qeyd edib.

 

12:39

Fransanın xarici işlər naziri Ketrin Kolonna Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Kiyevə qayıtdığım üçün şadam. Fransa dəstəyini göstərmək üçün Ukraynanın yanındadır”, - K.Kolonna bildirib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024