Dünyanın ən zəngin adamı və "Tesla"nın qurucusu İlon Mask "Twitter"in ofisinə əlində "rakovina" ilə girməklə yenidən gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Mask bunu "Twitter" hesabından paylaşıb.
Maskın videonu paylaşarkən işlətdiyi cümlə fərqli mənaların ortaya çıxmasına səbəb olub. Bir cümlə ilə "Entering Twitter HQ – let that sink in!" – Tvitterin mərkəzinə giriş, bunu qəbullanın deməkdir. İngiliscə 'sink' sözünün türkcə qarşılığı 'lavabo'dur və Maskın lavabo ilə binaya girməsi söz oyunu kimi şərh edilib. 'Sink' sözünün başqa bir mənası 'batırmaq' olduğundan, cümlədən çıxan başqa bir məna belədir: "Tvitter-in əsas mərkəzinə daxil olun - gəlin onu batıraq!".
Digər tərəfdən, Maskın daşıdığı lavabonun mətbəx lavabosu, yoxsa hamam lavabosu olduğu tam olaraq anlaşılmayıb.
Aytac Aslan
















