• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Kişi parataekvondoçularımız Paralimpiya ikincisi oldu

İDMAN

01 Sentyabr 2024 | 20:43 | Müəllif: Gülşən Şərif

Kişi parataekvondoçularımız Paralimpiya ikincisi oldu

Kişi parataekvondoçulardan ibarət milli komandamız Paralimpiya ikincisi olub.

Bakıvaxtı.az xəbər verir ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 parataekvondoçu ilə təmsil olunan kişilərdən ibarət milli komandamız 1 qızıl və 1 bürünc medal ilə yekun sıralamada ikinci pilləni tutub.

İmaməddin Xəlilov (K44, 70 kq) qızıl, Sabir Zeynalov (K44, 58 kq) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kq) 1/4 finala kimi irəliləyib.

Birinci pillədə qardaş Türkiyə komandası, üçüncü pillədə isə Böyük Britaniya yığması yer alıb.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026