• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Kitab mağazasından 2 kitab oğurlayanlar saxlanıldı - Video

HADİSƏ

07 Iyun 2021 | 11:23

Kitab mağazasından 2 kitab oğurlayanlar saxlanıldı - Video

Azərbaycanda kitab mağazasından 2 kitab oğurlayan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilib. Mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar.

Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR