Polis Moskvanın mərkəzində 107 uşaq bağçasını "minalayan" "telefon terrorçusu" nun kimliyini müəyyənləşdirir.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, təhdid mesajı bir gün əvvəl alınıb. Hüquq-mühafizə orqanlarının veriyi məlumata görə, alınan məlumatlarla əlaqədar yoxlama aparılıb.
Polis bağçaları araşdırdı, partlayıcı maddələr və ya partlayıcı qurğu tapılmayıb.
Ötən gün Moskvada Dövlət Dumasının və Nikulinin sirkinin binalarında partlayış təhlükəsi olduğu bildirilib. O təhdidin də yalan olduğu üzə çıxıb.
















