• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Kiyevdə yenidən komendant saatı elan edildi

DÜNYA

26 Aprel 2022 | 10:40

Kiyevdə yenidən komendant saatı elan edildi

Kiyevdə yenidən komendant saatı elan edilib.

Bakıvaxtı.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk “Telegram” kanalında məlumat yayıb.

O, bildirib ki, Rusiyanın təxribatçı fəaliyyəti ilə əlaqədar olaraq bu həftə bazar ertəsindən cümə gününədək yerli vaxtla axşam saat 22:00-dan səhər 05:00-dək komendant saatı tətbiq ediləcək.

“Biz xatırladırıq ki, komendant saatı ərzində küçələrdə və digər ictimai məkanlarda olmaq, nəqliyyat vasitələri və ya piyada hərəkət etmək qadağandır”, - deyə o bildirib.

Aleksandr Pavlyuk vurğulayıb ki, komendant saatının tətbiq edilməsində məqsəd əhalini düşmənin təxribatçı addımlarından qorumaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR