• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Koçaryanla 1 dəfə görüşmüşük - Qalstanyan

    DÜNYA

    10 May 2024 | 11:01

    Koçaryanla 1 dəfə görüşmüşük - Qalstanyan

    "Ermənistanın yeni baş nazirinin namizədliyi hələ o qədər də aktual deyil, bu ikinci dərəcəli məsələdir".

    Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu delimitasiyaya qarşı aksiyaların təşkilatçılarından olan, radikal arxiyepiskop Baqrat Qalstanyan deyib.

    Qalstanyan bildirib ki, hazırda baş nazir postuna müxtəlif namizədlər müzakirə olunur: "Amma ilk addım impiçment proseduru ilə məşğul olmaqdır, hər şeyin öz vaxtı var".

    Onun əməllərinin arxasında eks-prezident Robert Koçaryanın dayanması ilə bağlı xəbərlərin yayıldığını soruşduqda, arxiyepiskop deyib ki, onlar həyatlarında bir dəfə, 2001-ci ildə, təxminən 5 dəqiqə görüşüblər: "Bundan sonra görüşməmişik".


      SON XƏBƏRLƏR