• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Köçəryan yıxılıb, xəsarət alıb

DÜNYA

05 Aprel 2022 | 16:02 | Müəllif: Subhan Mahmudov

Köçəryan yıxılıb, xəsarət alıb

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Tsaghkadzorda xizək sürərkən yıxılaraq xəsarət alıb.

Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Köçəryanın dəftərxanası bu mövzuda mətbuatda yazılanlara münasibət bildirib. Ofis koordinatoru Baqrat Mikoyan Robert Köçəryanın bir həftə əvvəl xəsarət aldığını deyib.

Onun əvvəlki məhkəmə iclasında iştirak etməməsinə səbəb aldığı xəsarətlər olub, müalicəsinin 10 günə yaxın davam edəcəyi bildirilib.

Robert Köçəryan səhhətində yaranan problem səbəbindən bugünkü mitinqdə də iştirak etməyəcək. Komandası ikinci prezidentin pərəstişkarlarının məyus olacağını və onun yoxluğuna görə meydana gəlməyəcəklərini düşünür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026