• Bakı 22° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kolleclərə sənəd qəbulu başlayır

CƏMİYYƏT

14 Avqust 2023 | 10:54 | Müəllif: Subhan Mahmudov

Kolleclərə sənəd qəbulu başlayır

Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

Bu barədə  Bakıvaxtı.az-a  Elm və Təhsil Nazirliyindən bildirilib.

Elektron sistem üzrə qeydiyyat 23 avqust saat 18:00-da yekunlaşacaq.

Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026