• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinə cəhd edildi

CƏMİYYƏT

13 Sentyabr 2023 | 09:57

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinə cəhd edildi

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a DSX-dən bildirilib.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinə cəhd edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR