Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas avqustun 9-da Ermənistana işgüzar səfər edib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın mətbuat katibi Vladimir Zainetdinovun sözlərinə görə, Zas İrəvanda ölkənin ən yüksək siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.
Onun baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşü planlaşdırılır.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















