• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirib

GÜNDƏM

29 Iyul 2021 | 18:05 | Müəllif: Subhan Mahmudov

KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Cənubi Qafqazda gərginliyin artması təhlükəsi ilə bağlı dərin narahatlığını ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, S.Zas regionda gərginliyin daha da artmasının ciddi narahatlıq doğurduğunu və bunun 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli bəyanatın icrasına mənfi təsir edə biləcəyini bildirib. 

"Gücdən istifadənin yolverilməz olduğunu hesab edirik. Ziddiyyətli məsələlərin həlli üçün müstəsna olaraq siyasi-diplomatik vasitələrdən istifadə olunmalıdır", - deyə KTMT-nin Baş katibi qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026