• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

KTMT Müdafiə Nazirləri bu tarixdə toplanır

DÜNYA

23 May 2023 | 17:01

KTMT Müdafiə Nazirləri bu tarixdə toplanır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası 25 mayda Belarusun paytaxtı Minskdə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təşkilatın rəsmi internet səhifəsində məlumat dərc edilib.

İclasa Belarusun müdafiə naziri Viktor Xrenin sədrlik edəcək.

Məlumata əsasən, iclasda KTMT Baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov iştirak edəcək.

Nazirlərin görüşü zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komanda-nəzarət orqanlarının və birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıqla bağlı sənədlərə baxılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026