Kuba Prezidenti Miqel Dias-Kanel ölkədəki son kütləvi etirazlar fonunda, ABŞ-ın Kubanı məhv edə bilmədiyini deyib.
Bakııvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftənin sonu Havanada və Kubanın bir sıra böyük şəhərlərində COVID-19 pandemiyasının yaratdığı ağır yaşayış şərtlərinə, yoxsulluğa və dərman çatışmazlığına qarşı kütləvi etirazlar keçirildi. Etirazlar ölkənin ən azı 50 şəhər və qəsəbəsini əhatə etmişdir. Etirazçılar arasında siyasi şüarlar da dinlənildi. Havana bu nümayişlərin arxasında ABŞ-ın dayandığı iddia etdi.
















