• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Kuleba təcili Kiyevə qayıtdı

DÜNYA

10 Oktyabr 2022 | 12:26

Kuleba təcili Kiyevə qayıtdı

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Afrika turunu yarıda dayandıraraq təcili Kiyevə qayıdıb.

Bakıvaxtı.az  xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Nazir bildirib ki, buna səbəb Rusiyanın paytaxt Kiyevə və digər vilayətlərə raket hücumudur.

“Qarşı tərəfin hücumlarına cavab vermək üçün səhər saatlarından etibarən tərəfdaşlarla əlaqə saxlayıram”, - D.Kuleba qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026