• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Kürdəmirdə dəhşətli QƏZA: Minik avtomobili “KamAZ”a çırpıldı

HADİSƏ

12 Sentyabr 2022 | 22:42 | Müəllif: Subhan Mahmudov

Kürdəmirdə dəhşətli QƏZA: Minik avtomobili “KamAZ”a çırpıldı

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-21010 markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə VAZ markalı nəqliyyat vasitəsində olan dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.(apa)

Hazırda faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026