• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Avtobus dayanacaqdakı maşınlara çırpıldı: 10 nəfər xəsərət aldı

HADİSƏ

27 Mart 2024 | 17:35

Avtobus dayanacaqdakı maşınlara çırpıldı: 10 nəfər xəsərət aldı

Rusiyanın Kursk şəhərində qəza baş verib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, qəza Dzerjinski küçəsində baş verib.

Məlumata görə, avtobusun əyləci sıradan çıxıb və sürücü idarəetməni itirib. Nəticədə dayanacaqda olan bir neçə avtomobilə dəyib, avtomobillərdən birində qaz avadanlıqları yanıb.

Daha sonra o, yüksək sürətlə Volqabas avtobus dayanacağına daxil olub.

Baş verən dəhşətli qəzada 10 nəfər xəsarət alıb. Yaralananlardan ikisinin uşaq olduğu bildirilir.

Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

26 Aprel 2024