• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Laçında itkin düşərək həlak olan hərbçi ilə vida mərasimi keçirilir - YENİLƏNİB

GÜNDƏM

08 Avqust 2024 | 12:08

Laçında itkin düşərək həlak olan hərbçi ilə vida mərasimi keçirilir - YENİLƏNİB

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu ilə Gəncədə dəfn edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Firdovsi Abdullayev Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Firdovsi Abdullayevin tabutunun büründüyü Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

***

10:46

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

Bakıvaxtı.az-ın məlumatına görə də, hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir.

Mərasimdə F.Abdullayevin doğmaları, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

F.Abdullayev Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024